AZ

İlon Mask bu şəxslərə hər gün 1 milyon dollar bağışlayacaq

Dünyanın ən varlı adamlarından biri olan İlon Mask (195 milyard dollar sərvəti ilə Forbes siyahısında 2-ci yer) 5 noyabrda keçiriləcək prezident seçkilərinə qədər hər gün 1 milyon dollar bağışlayacağını vəd edib.Bu barədə xarici media xəbər verir.
 
O, bu pulu ABŞ Konstitusiyasına dəstək üçün onlayn petisiyaya imza atanlardan birinə verəcək.

Mask bu barədə Pensilvaniyada respublikaçı Donald Trampı dəstəkləmək üçün seçicilərlə görüşdə çıxış edərkən bildirib və ilk çeki də təqdim edib. Qalib ştat sakini Con Dreher olub.

"Bir milyon dollar almaq üçün tələb etdiyimiz yeganə şey petisiyanı imzalamağınızdır", - deyə Mask bildirib. 

www.anews.az
Seçilən
15
4
anews.az

10Mənbələr