AZ

Brüs Uillis ictimaiyyət arasında görüntülənib..?

Ağır xəstə olan aktyor Brüs Uillis ictimaiyyət arasında görüntülənib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Page Six” yazıb.

69 yaşlı Brüs Uillis oktyabrın 19-da Los-Ancelesdə paparassilərə tuş gəlib. Aktyor mühafizəçisi ilə birlikdə şəhəri gəzirmiş.

Sənətçi göy yaxalıqlı zolaqlı polo köynəkdə və qara papaqda maşında əyləşib.

Keçən ilin fevralında məlum oldu ki, Brüs Uillisin frontotemporal demensiyası var ki, bu da idrak qabiliyyətinin tədricən itirilməsinə gətirib çıxarır.

Aktyor təxminən 2022-ci ilin yazından sağalmaz xəstəliklə mübarizə aparır.

Bu yaxınlarda RadarOnline mənbələrə istinadən yazıb ki, Bruce Uillis hərəkət etməkdə çətinlik çəkməyə başlayıb. Xəbərçinin sözlərinə görə, aktyor çətinliklə yeriyə bilir və nadir hallarda küçəyə çıxır.

Nazlı Almuradova

Seçilən
30
5
sia.az

5Mənbələr