AZ

Salyanda 51 yaşlı kişi qətlə yetirilib 

Yazını böyüt
Yazını kiçilt

Ötən gün axşam saatlarında Salyan şəhəri T.Xəlilbəyli küçəsində Salyan rayon sakini 1973-ci il təvəllüdlü Əziz Salayevin meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən hafta.az-a bildirilib ki, oktyabrın 19-da saat 21 radələrində Salyan rayon sakini Əziz Salayevin baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Elşən Səmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
4
hafta.az

10Mənbələr