AZ

MİT PKK-nın iki önəmli üzvünü MƏHV ETDİ

Türkiyənin Milli İstihbarat Təşkilatı PKK/KCK terror təşkilatının rəhbərliyinə yaxın olan iki üzvünü məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, MİT tərəfindən həyata keçirilən əməliyyat nəticəsində “Berfin Roj” kod adlı Caizə Selber və “Tekoşin Dilgeş” kod adlı Əminə Ulaş öldürülüb.

Terrorçuların vergi adı altında bölgə əhalisindən zorla xərac topladıqları bildirilib.

Seçilən
8
1
bakivaxti.az

9Mənbələr