AZ

Günün ULDUZ FALI

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - ziddiyyətli gündür. Mənfi təmayüllərin təsiri əfsuslar olsun ki, güclüdür. Genişmiqyaslı planlarınız vardısa, onları unudun. Mühüm işlər görmək fikriniz varsa, ertələyin. Görüşlər ümidləri doğrultmayacaq. Köhnə dost və ya sevdiyiniz insanla danışıq zamanı diqqətli olun, ürək qırmayın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni, maraqlı ideyalar formalaşacaq. Onlar situasiyada pozitiv dəyişikliklərin təməlini qoyacaq. Köç, yaşam arealını qaydaya salmaq, daşınmaz əmlakın alınması ilə bağlı hüquqi məsələləri nizamlamaq üçün yaxşı zamandır.

Buğa - günün ilk yarısı çox məhsuldar olacaq. Ən mürəkkəb və qarışıq işlərin öhdəsindən gəlmək iqtidarındasınız. Rəqibi üstələyin, bədxahı pərişan edin. Yeni müttəfiq axtarışlarına çıxmaq olar.

Uğur və nailiyyətləriniz diqqətdən kənar qalmayacaq. Ünvanınıza təriflər səslənəcək.

Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsi bir qədər aşağı düşəcək. Yorğunluq hiss etsəniz də, nikbin olun. Yeni tanışlıq romantik münasibətlər vəd edir.

Əkizlər - mürəkkəb, qarışıq zamandır. Alışdığınız, ənənəvi işlə məşğul olacağınızı düşünsəniz də, yanıla bilərsiniz. Çətinliklərlə qarşılaşanda kiçik, amma çox ağrılı səhvlərə yol verməyin. Adi günlərdən fərqli olaraq mübahisə riski artacaq.

Günün ikinci yarısında rişxəndli sözlərə, aqressiv tənqidə fikir verməyin.

Maliyyə çətinlikləri istisna deyil. Çoxdan bəri əldə etmək istədiyiniz əşyanın alınmasını təxirə salmaq məcburiyyətində qalacaqsınız. Həmkarlar və ya işgüzar tərfdaşlarla qeyri-formal şəraitdə görüşmək məsləhət deyil. İlk baxışdan kiçik mübahisə münasibətləri çox uzun müddətə korlaya bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - rutin işləri görmək üçün əlverişli zamandır. Yaxşı bələd olmadığınız insanla tərəfdaşlığa başlamayın. Əməkdaşlıqla bağlı müzakirələri ertələyin. Yaxınlarınızla dil tapın. Ümumi işlə məşğul olun. Məşğuliyyət darıxdırıcı olsa da, işləri yarımçıq qoymayın.

Yeni tanışlıqlara can atmayın.

Günün ikinci yarısında illüziyalarınızın qurbanına dönərək kiminsə barəsində yanlış fikir yürüdə bilərsiniz.

Kiçik itkilər ola bilər. Açarlara diqqət yetirin. Sinirlənməsəniz, itən əşyalar tezliklə tapılacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar. Zəruri əşyanı alın.

Şir - təlaşa qapılmayın, nigaran olmayın. Ümidsiz gün deyil. Hər şey dərhal alınmasa da, bütün bunlar başladığınız işləri yarımçıq qoymaq üçün səbəb deyil. Qətiyyət və iradə ilk baxışdan ümidsiz təsir bağışlayan işləri tamamlamağa imkan verəcək. Yaxınlarınız və dostlarınıza yardım üçün müraciət etsəniz, eşidiləcəksiniz.

Günün ikinci yarısında qısamüddətli səfər olacaq. Yolda çətinliklər, yol yoldaşı ilə münaqişə istisna deyil.

Texnika və ya avadanlıqla çalışarkən ehtiyatlı olun. Kiçik, amma xoşagəlməz travmalar riski var.

Axşam saatlarında normal istirahət edin.

Qız - müsbət təmayüllərin təsiri güclənəcək. Çətinliklər yaransa da, onları qət edə biləcəksiniz. Qüvvənizə, potensialınıza güvənin. Nikbin olsanız, yaxın ətrafınızdakı insanlar da sizin kimi davranmağa çalışacaqlar.

Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Köməyinizi əsirgəməyin. Romantik təmaslarla yanaşı, dost münasibətləri yeniləməyin zamanıdır.

Münasibətlərin inkişaf məcrası sizdən asılıdır.

Seçilən
14
2
publika.az

10Mənbələr