AZ

Mülki məhkəmə icraatı ilə əlaqədar bir sıra prosessual müddətlər dəqiqləşdirilir

Bakı. Trend:

Mülki məhkəmə icraatı zamanı məhkəmə üçün nəzərdə tutulan birsıra prosessual müddətlər dəqiqləşdirilir.

Trend-inxəbərinə görə, bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcəkiclasının gündəliyinə daxil edilən Mülki Prosessual Məcəlləyətəklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvəqqəti təminat tədbirinin ləğv olunmasıbarədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətindəbaxılacaq və həll ediləcək. Vəsatətə onun təqdim edildiyi və yanövbəti məhkəmə iclasından gec olmayaraq baxılacaq. Vəsatətdəgöstərilən məsələ təxirəsalınmaz qaydada həll edilməli olduqda,vəsatətə baxılması ilə bağlı işdə iştirak edən şəxslərə məlumatverilməklə məhkəmə iclası təyin edilə bilər.

Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və ya açıqhesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxilolduğu vaxtdan 10 gün müddətində baxılacaq və həll ediləcək.

Seçilən
26
7
az.trend.az

10Mənbələr