AZ

Xaçmazda “EKO-BREYN” turniri keçirilib- FOTOLAR

Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbində təşkil olunan yarışda Xaçmaz rayonunun Qusarçay, Çiləgir, Qaracik-Zeyid kəndlərindən və Xaçmaz şəhərindən olan 40 nəfər yeniyetmə və gənc 8 komanda tərkibində mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin ekoloji biliklərin, Azərbaycan coğrafiyasının, flora və faunasının gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbini təmsil edən “İstiqlal” komandası qazanıb. Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbinin “Azadlıq” komandası ikinci, Xaçmaz rayonunun Çüləgir kənd tam orta məktəbinin “İntellekt” komandası üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “EKO-BREYN” – yaşıl yurdum festivalı adlı layihə çərçivəsində Qusar və Quba rayonlarında da seçim turları keçiriləcəkdir.

 

Seçilən
7
6
azpost.info

7Mənbələr