AZ

Almaniya, ABŞ, Fransa və Britaniya liderləri Zelenskinin “qələbə planını” müzakirə ediblər

Almaniya kansleri Olaf Şolz, Ağ Ev rəhbəri Co Bayden, Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron Berlində Ukrayna lideri Volodimir Zelenskinin “qələbə planı”nı müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. 

Almaniya hökumətinin qeyd etdiyi kimi, siyasətçilər Ukraynanın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ona maliyyə və humanitar yardımların göstərilməsi, o cümlədən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı məsələlərə toxunublar.

“Biz prezident Zelenskinin “qələbə planı"nı müzakirə etdik və Ukraynanı dəstəkləməyə davam etmək əzmində olduğumuzu bir daha təsdiqlədik”, - bəyanatda deyilir.

Seçilən
14
18
iqtisadiyyat.az

10Mənbələr