AZ

Nəqliyyat axınının əksinə avtobus zolağı təşkil etmək Bakı üçün yenilikdir - Ekspert

Bakı. Trend:

İlk dəfə olaraq, Azadlıq prospektinin iki hissəsində kiçikməsafələrdə də olsa, ümumi nəqliyyat axınının əksinə avtobus zolağıtəşkil olunacaq. Bu layihə Bakı üçün bir yenilikdir.

Bunu Trend-əyol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu gün AYNA-da təqdimedilən yeni layihələrlə bağlı danışarkən deyib.

O bildirib ki, əgər düzgün nəqliyyat axınları kanallaşdırılarsa,hərəkətin təşkilinin texniki vasitələri, işiqfor, nişanlanmaxəttləri, o cümlədən, piyada keçidinin siqnallaşdırılmasıelementləri, bir sözlə hər şey yerində olsa səmərəli işləyəbilər:

"Hər halda bunun səmərəli olacağını gələcək göstərəcək. İndikihesablamalarda 28 May nəqliyyat mübadilə mərkəzinə daxil olub,ordan çıxıb digər dayanacaqlar istiqamətinə gedən avtobuslarınhərəkət intervalları yaxşılaşa bilər. Tutaq ki, həmin marşrut üzrəavtobusun bir dövriyyəsi 1 saat yarım idisə, indi bunu 10 dəqiqəqısaltmaq mümkün olacaq. Bu da təbii ki, sərnişin axınlarının,ümumiyyətlə mobilliyin ictimai nəqliyyatla təmin olunması işinin,avtobusların hərəkət şəraitinin yaxşılaşdırılması deməkdir. İctimainəqliyyatın inkişafına töhfə verə bilər".

Ekspert vurğulayıb ki, Azadlıq prospektinin Füzuli küçəsinəqədər olan hissəsi, 4-cü zolaq deyilən yerdə səliqəli şəkildəavtobusların istifdəsinə verilməsi digər nəqliyyat axınlarına cidditəsir göstərməyəcək.

"Hər şey təqdimatda deyildiyi kimi olarsa, müsbət nəticələri olabilər. Söhbət Bakının Dəmiryol Vağzalından gedir. Və həmin ərazidə,şəhərin bu hissəsində əhalinin mobilliyinin təmin olunmasınınxüsusi önəmi var. İnsanların tez minməyi, düşməyi çox vacibdir.İctimai nəqliyyatın təşkili çox vacibdir. Oradan ekspressmarşrutlar üçün hava limanına getmək üçün də şərait var",- deyəƏ.Hüseynov əlavə edib.

Nəqliyyat
Seçilən
20
2
az.trend.az

3Mənbələr