AZ

COP29-a hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionunda media-tur təşkil olunub (FOTO)

Bakı. Trend:

COP29-a hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionundamedia-tur təşkil olunub.

Trend xəbərverir ki, media-tur zamanı Azərbaycan Prezidentinin köməkçisi AnarƏləkbərov jurnalistlərə bildirib ki, digər zallarla yanaşı,stadionda 1 600 və 1 300 yerlik iki böyük zal olacaq.

Onun sözlərinə görə, ən böyük zallardan biri "Nizami"zalıdır.

A.Ələkbərov qeyd edib ki, noyabrın 11-də böyük zalda tədbirinaçılışı olacaq, daha sonra isə liderlərin zirvə görüşü baştutacaq.

O əlavə edib ki, əsas tədbirlər də bu zallarda keçiriləcək.

Media nümayəndələri ərazidə yaradılan infrastruktur vəobyektlər, iştirakçıların qeydiyyat prosesi və digər istiqamətlərdəgörülən işlərlə yaxından tanış olublar.

COP29-un "Yaşıl" və "Mavi" zonalarında görülmüş işlər barədəətraflı məlumat verilib.

COP29 Məkanının idarə olunması departamentinin direktoru TuranSüleymanov jurnalistlərə açıqlamasında bildirib ki, "Mavi Zonada"artıq yekunlaşdırma işləri görülür.

"Bu zona bir neçə hissədən ibarətdir. Bu zonada 26 görüş otağımövcuddur, yan tədbirlər üçün isə 9 görüş otağı ayrılıb.İşitrakçılar burada öz görüşlərini həyata keçirə bilər. Onlar üçünhər bir maddi-texniki avadanlıqlar təmin edilib. Xüsusi ərazilərdənbiri də pavilyonlar zonasıdır ki, orada 155 pavilyon olmasıplanlaşdırılır", - deyə o bildirib.

"Yaşıl Zona" barədə danışan COP29 Tərəfdaşlarla əlaqələrsektorunun müdiri Leyla Mahmudova qeyd edib ki, bu zona üzrəəməliyyatlar davam etdirilir.

"Tentin ümumi ərazisi 37 500 kvadrat metrdir. Bu ərazidəpavilyonlar yerləşəcək.ə Bunlar həm yerli, xarici şirkətləri, həmdə dövlət sektorlarını əhatə edəcək. Bundan əlavə 18 B2B otağıplanlaşdırılır. Pavilyonlar ödənişli olacaq. “Yaşıl zona”ictimaiyyətə açıq bir ərazi olacaq. Biletlər pulsuz olacaq", - deyəL.Mahmudova bildirib.

Media nümayəndələri həmçinin Media Mərkəzində yaradılan şəraitlədə tanış olublar.

COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimovvurğulayıb ki, Media Mərkəzi artıq tam olaraq hazırvəziyyətdədir.

"6 325 kvadratmetr ərazidə 1200 media nümayəndəsi üçün tam rahatşəkildə iş şəraitini təmin etdik. Xırda bəzi detallar qalıb ki,üzərində iş gedir. Media üçün iş otaqları ayrılıb. Televizya vəradio yayımçıları üçün 300, yazılı media üçün isə 300 masa ayrılıb.Bundan əlavə "standup" mövqelər və studiolar mövcuddur. Həminstudioları rezerv etmək mümkündür. Akkreditasiya prosesi isə davamedir. Media Mərkəzinin iş saatları səhər saat 8-dən axşam saat 8-əqədər olacaq", - deyə P.Pirimov qeyd edib.

COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
COP29-a
Seçilən
17
50
az.trend.az

10Mənbələr