AZ

Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - Foto, Yenilənib

Tovuzda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub...

APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon Qovlar şəhər sakini 1966-cı il təvəllüdlü Məcid Bədirov, 2023-cü il təvəllüdlü Onur Bədirov, Tovuz şəhər sakini 1970-ci il təvəllüdlü Xanım Bədirova, Əyyublu kənd sakini 1994-cü il təvəllüdlü Gülnar Xəlilova,1992-ci il təvəllüdlü Şahmar Məmmədov,1963-cü il təvəllüdlü Səlfinaz Rüstəmova, Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Sevinc Nəbiyeva müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

***

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

"VAZ 2106 " ilə "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
5
5
poliqon.info

10Mənbələr