Azərbaycan Mərkəzi Bankı (AMB) “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri”nə icrası məcburi göstəriş verib.
Bu barədə AMB-nin internet səhifəsində bildirilir.
Məlumatda deyilir ki, qurumun apardığı planlı və hərtərəfli yoxlama zamanı şirkətin sığorta qanunvericiliyinə və lisenziya tələblərinə əməl edib-etmədiyi araşdırılıb. Üzə çıxmış nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən sığorta və təkrarsığorta brokerinə icrası məcburi göstəriş verilib.