AZ

Almaniya səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann 18 Oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı paylaşım edib.

Day.Az xəbər verir ki, bu barədə diplomat "X" sosial media hesabında qeyd edib.

"Bütün Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin bərpası münasibəti ilə təbrik edirəm!", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.

Seçilən
8
49
day.az

10Mənbələr