Bakı. Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 18 oktyabr- Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı paylaşımedib.
Trend xəbərverir ki, bu barədə səfir "X" sosial media hesabında qeyd edib.
"1991-ci ilin 18 Oktyabrında Azərbaycan öz müstəqilliyini bərpaetdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nailolub. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!", -deyə paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin BərpasıGünüdür.
1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasınındövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlalBəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinibərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ciil 30 avqust tarixli bəyannaməsinə istinad olunub və AzərbaycanRespublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğutəsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyininbərpa edilməsinin 33-cü ili tamam olur.