AZ

Bu gün İstanbulda “3+3” formatında görüş keçiriləcək

Bu gün İstanbul şəhərində Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin (XİN) iştirakı ilə “3+3” formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

Xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.

Qeyd edək ki, Ceyhun Bayramov “3+3” formatında görüşdə iştirak üçün artıq Türkiyəyə yollanıb.

Azərbaycanın XİN başçısı səfər çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.

Seçilən
16
49
banker.az

10Mənbələr