AZ

Zəfər xronikası. 18 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Füzulinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib (FOTO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 18-də Birinci vitse-prezidenti MehribanƏliyeva rəsmi "İnstaqram" hesabında Füzulinin işğaldan azadedilməsi ilə bağlı paylaşım edib.

Trend-inməlumatına görə, paylaşımda deyilir:

"Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri vəFüzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllərboyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədərhəmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidəngörmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycantorpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlınınarzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görəki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızıntorpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı vəsağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı,Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Zəfər
Məqalədə:
Seçilən
33
2
az.trend.az

3Mənbələr