Almaniya kansleri Olaf Şolts Almaniyanın "Taurus" uzaqmənzilli raketlərini Ukraynaya ötürməyəcəyini təsdiqləyib.
APA TASS-a istinadən xəbər verir ki, kansler bu barədə Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci gününün yekunları üzrə brifinqdə bildirilib.
Bununla yanaşı, Şolts ölkəsinin ABŞ-dan sonra Kiyev rejiminə ən böyük silah tədarükçüsü olaraq qalacağını vurğulayıb.