AZ

Qəbələdə qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb — FOTO

Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, onun əlamətləri: boyu 160 sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Qəbələ Rayon Polis Şöbəsinin (024) 205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Seçilən
9
35
demokrat.az

10Mənbələr