AZ

Almaniya Maliyyə Nazirliyi bütün büdcə ayırmalarını bloklayıb

Almaniya Maliyyə Nazirliyi ölkənin konstitusiya məhkəməsinin köhnə tələb olunmamış kredit vəsaitlərinin yenidən bölüşdürülməsinin qeyri-qanuniliyilə bağlı qərarı ilə tanış olmaqq üçün demək olar bütün büdcə ayırmalarını dondurmaq qərarına gəlib...Poliqon xəbər verir ki, bu barədə Spiegel jurnalı Maliyyə Nazirliyinin ölkənin bütün idarələrinə göndərilmiş məxfi sənədinə istinadən məlumat yayıb.Limitlərin dondurulması demək olar ki, bütün nazirliklərin büdcəsinə təsir edəcək. Gələcəkdə büdcəyə lazımsız yük düşməməsi üçün əlavə ödənişlər yalnız müstəsna hallarda və ancaq Federal Maliyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra mümkün olacaq.Bu cür tədbirlər, xüsusən də enerji qiymətlərini sabit saxlamaq üçün hökumətin səylərinin maliyyələşdirilməsinə təsir göstərəcək. Qeyd olunur ki, məhdudiyyətlər Bundestaq, Bundesrat və Federal Konstitusiya Məhkəməsi kimi konstitusiya qurumlarına şamil edilməyəcək.Bundan əvvəl Almaniyanın maliyyə naziri Kristian Lindner bildirmişdi ki, hökumət iqtisadiyyatın və infrastrukturun modernləşdirilməsini maliyyələşdirmək üçün başqa vasitələr tapmalı olacaq. Almaniya Konstitusiya Məhkəməsi isə Nazirlər Kabinetinə anti-Covid fondundan köçürülən 60 milyard avronu ətraf mühit layihələrinə xərcləməyi qadağan edib.Poliqon.info

Seçilən
487
50
poliqon.az

10Mənbələr