AZ

Bakıda Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Bakı. Trend:

Oktyabrın 26-da Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF)təşkilatçılığı ilə Kəmər dərəcələri üzrə rəsmi imtahan təşkilediləcək.

Trendİdman.biz-əistinadən xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğulolan hamı üçün açıqdır.

ACF-nin inzibati binasında keçiriləcək kəmər seçimi müvafiq yaşuyğunluğuna əsasən aparılacaq. İmtahana hazırlaşmaq üçün fəndlərcədvəli, videolar və yaş qrupları üzrə cədvəlləhttps://www.judo.az/Belt linkindən tanış ola bilərsiniz.

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmərvə sertifikat təqdim ediləcək.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmiolaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlardaiştirak üçün zəruridir.

Qeyd edək ki, imtahana qeydiyyat ödənişlidir və ACF-in JudoManager platforması vasitəsilə həyata keçirilir.

İmtahanların qiymətləri:
Ağ-sarı kəmər - 30 AZN
Sarı kəmər - 30 AZN
Narıncı kəmər - 40 AZN
Yaşıl kəmər - 40 AZN
Göy kəmər - 50 AZN
Qəhvəyi kəmər - 50 AZN

Seçilən
14
15
az.trend.az

10Mənbələr