AZ

Sabirabadda hamamda qaz partlayıb, xəsarət alan var

Sabirabadda qaz sızmasından partlayış olub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Məmişlər kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Zeynalova Nüşabə Nizami qızı evin hamamında baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib. Oradan isə Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi gözlənilir.

Seçilən
23
12
ucnoqta.az

10Mənbələr