AZ

Günün qoroskopu: şirin vədlərə aldanmayın!

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - günün ilk yarısında problemlərin sayı artacaq. Diqqətli olun, sərvaxt davranın. Alacağınız təkliflərin əksəriyyəti ilk baxışdan məntiqli təsir bağışlasa, şirin vədlərə aldanmayın. Qüvvələrinizlə potensialınızı dürüst qiymətləndirin. İllüziyalara qapılaraq arzular aləmində "qərq" olmayın.

Günün ikinci yarısında uzaqdan maraqlı xəbər alacaqsınız. Formalaşan situasiyanın məqamlarını nəzərə alaraq nüanslardan faydalanın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün məntiqli olun, kiçik işlərə həddən artıq vaxt sərf etməyin.

Axşam saatlarında normal istirahət edin.

Buğa - emosional fonunun çox pisləşəcəyi, əsəblərin tarıma çəkiləcəyi zamandır. Yaşanan prosesləri dəyərləndirərkən yanılmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə həssas olun. Yaxın ətrafınızdakı insanlarla təmasların formatını müəyyənləşdirin, hədəfləri konkretləşdirin.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Maraqlı ideyalar, kommersiya layihələri ola bilər. Potensialınızın hədlərindən kənarda olan işə, genişmiqyaslı layihəyə başlamayın. İrreal vədlər verərək özünüzü ağır duruma salmayın.

Səhhətinizdə kiçik problemlər ola bilər.

Əkizlər - günün informasiya fonu əlverişlidir. Görəcəyiniz işləri müəyyənləşdirmədən fəaliyyətə başlamayın. Diqqətli olun, sərvaxt davranın. Tərəfdaşlıqla bağlı təklifləri müakirə edin, şərtləri müəyyənləşdirin. Yeni tanışlarla diskussiyalar zamanı aqressiv və sərt olmayın. Məsləhətləri qulaqardına vurmayın.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Qərarlarınızda iradəli, əzmli olun. Bəzi addımları atmazdan əvvəl düşünüb-danışmaq gərəkdir.

Dəyər verdiyiniz insanların qədrini bilin. Mənasız iradlar və səbəbsiz tənqidlər münasibətləri korlaya bilər.

Xərçəng - soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək "saf" qərarlar verməyin.

Peşəkar fəaliyyətlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil.

Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir.

Axşam saatlarında gəzintiyə çıxın.

Şir - günün ilk yarısı həftənin ən uğurlu dönəmidir. Yaranan fürsətlərdən, əlinizə düşən şanslardan maksimal dərəcədə istifadə edin. Aktiv və zəhmətkeş olsanız, rəqiblərinizi asanlıqla üstələyə bilərsiniz. Ətalətə qapılmayın. Kiçik sədlər və xırda maneələr sizi məqsədə aparan yoldan döndərməməlidir.

Günün ikinci yarısında işgüzar aktivliyi bir qədər azaldın. Əks təqdirdə izafi yorğunluq hiss edə bilərsiniz. Maliyyə məsələlərinin təhlili üçün yaxşı zamandır.

Daşınmaz əmlakınızın sənədləşdirilməsi ilə bağlı işləri təxirə salmayın. Qonşu ilə mənasız dartışmalara başlamayın. Hüquqlarınızın tapdandığınızı düşünürsünüzsə, məhkəməyə ərizə ilə müraciət edin.

Axşam saatlarında alış-verişə yollananda zəruri olmayan əşya və ya məhsul almayın.

Qız - mobil telefonunuz, hələ də, yaxşı işləyirsə, onu yenisi ilə əvəzləməyə nə ehtiyac var? Zaman keçdikcə dəyəri sürətlə itirən əşya almaq əvəzinə pulunuzu toplayaraq daha məqsədəuyğun işlərə sərf edin.

İşdə həmkarlarınızla sürəkli mübahisə etməyin. Yanınızdakı adamlardan birinin məsləhətinə qulaq asın. Sizdən təcrübəli və biliklik şəxsin göstərdiyi yolda yanlışlıq yoxdur.

Günün ikinci yarısında əlaqələrinizi yenidən gözdən keçirin. Mənasız təmaslar və ekstensiv müzakirələrdən uzaq durun.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi - problemlərin hamısı həllini tapmasa da, vaxtınızı yalnız onların çözümünə həsr etməyin. Yerinizdə durmayın, irəliləyin. Yeni işə başlamaq üçün əlverişli zamandır. Məqsədə doğru aparan yolun qısa olmadığını bilin.

Günün ikinci yarısında alternativ variant, orijinal həll aşkar qarşıdurmalardan yayınmağınıza imkan verəcək. Bir qədər hiyləgərlik edin, fəndgir olun.

İndiyədək sizi dəstəkləyən insanla fikir ayrılığı yarana bilər. Sərt danışmayın. Dostlarınız və yaxınlarınız hətta konstruktiv tənqiddən də inciyəcəklər.

Seçilən
11
16
publika.az

10Mənbələr