AZ

Bakıda iki evdə yanğın olub

Bakı şəhərinin Nizami rayonunda iki evdə yanğın olub.Bu barədə Gender.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 9 paq.m mebel, 3 ədəd məişət avadanlığı və evə bitişik, ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
10
28
gender.az

10Mənbələr