AZ

Bakıda yaşayış evində yanğın

Bakıda yaşayış evində yanğın baş verib.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Qeyd olunub ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 9 paq.m mebel, 3 ədəd məişət avadanlığı və evə bitişik, ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.
 
Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Seçilən
9
28
moderator.az

10Mənbələr