AZ

Bakıda ilk dəfə “TeamGym” üzrə Avropa  çempionatına start verilib

Bakı. Trend:

Azərbaycanın paytaxtı yenidən gimnastikasevərlərin diqqətmərkəzlərindən birinə çevrilir. Oktyabrın 16-dan 19-dək Bakıda ilkdəfə olaraq “TeamGym” üzrə Avropa çempionatına start verilib.

Trend-in məlumatına görə, bu,3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır. İştirakçılar“TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut)üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ənyaxşı komandaları Milli Gimnastika Arenasında çempion tituluuğrunda mübarizə aparacaqlar. Tamaşaçılar bu yeni inkişaf edən növüzrə çıxışları ilk dəfə izləyəndə izaholunmaz duyğularyaşayacaqlar.

“TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyəbaşlanılıb. Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə həm peşəkaridmançılarımız, məşqçilərimiz, həm də hakimlik korpusununnümayəndələri var. “TeamGym”də qələbə qazanmaq üçün fərdi bacarıqvə səriştələrdən əlavə, uğurlu komanda işi də vacibdir. Buradaqalib psixoloji, eyni zamanda fiziki cəhətdən hazır olanşəxslərdir.

Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya,Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya,Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki,yarışın ev sahibi komandasının idmançıları çıxış edəcəklər.

Məqalədə:
Seçilən
16
4
az.trend.az

10Mənbələr