AZ

Macarıstan səfiri İran XİN-ə çağırıldı

Aİ-nin Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyalardan dolayı Macarıstanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, Aİ-yə sədrlik edən Macarıstanın səfiri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini tərəfindən çağırılıb və ona Aİ-nin İrana qarşı son sanksiya qərarına kəskin etiraz bildirilib.

“İran İslam Respublikasına qarşı sanksiyalar kimi qeyri-qanuni və məcburedici üsullarla müraciət qəbuledilməzdir və heç bir nəticə verməyəcək”, - İran XİN rəsmisi qeyd edib.

Seçilən
11
7
olke.az

10Mənbələr