Türkiyənin Elazığ şəhərinin Sivriçe rayonunda 4,4 maqnitudalı zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı təxminən 7 kilometr dərinlikdə yerləşib.
Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.