AZ

“Ofisait” mağazalar şəbəkəsinin sahibinə daha bir protokol yazıldı

“İnci Group of Companies” QSC-yə daha bir inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

 

Xatırlatma: Bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü (Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir) maddəsinə əsasən cərimələnib.

 

Qeyd: “İnci Group of Companies” 1995-ci ildən fəaliyyət göstərir. “Ofisait” mağazalar şəbəkəsinə malik olan şirkət “Oyal” ticarət nişanı altında məktəb, ofis, idman və rəssamlıq ləvazimatları, məişət əşyaları və texnikası, oyuncaqlar və s. satışı ilə məşğuldur. 


Xəyal Quliyev

Tarix: 14 Oktyabr 2024, 10:20   
Seçilən
45
4
pravda.az

10Mənbələr