AZ

Livanda İsrail ordusunun zərbələri nəticəsində gün ərzində ölənlərin sayı açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son 24 saat ərzində İsrailin Livanın şəhər və qəsəbələrinə hücumları nəticəsində 174 nəfərin yaralanıb, 51 nəfər isə ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi yanında Fövqəladə Əməliyyatlar Mərkəzi məlumat yayıb.
Ən çox itki Dağlıq Livan əyalətində qeydə alınıb - 22 nəfər ölüb, 33 nəfər yaralanıb, cənubi Sayda və Tir bölgələrində isə 14 nəfər ölüb, 63 nəfər yaralanıb.
2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan İsrailin bombardmanları və artilleriya hücumları qurbanları haqqında məlumatlar yenilənib. Hava hücumları və artilleriya atəşləri nəticəsində ölənlərin sayı 2306-ya çatıb, 10,6 min nəfər yaralanıb.
Seçilən
68
50
oxu.az

10Mənbələr