Basketbol üzrə Avropa Kubokunun G qrupunda yer alan “Sabah”ın rəqibləri Yunanıstanın “Marussi” və İsveçin “Nörçöppinq” klubları öz liqalarında müntəzəm oyunlarına çıxıb.
“Football-plus.az” xəbər verir ki, Yunanıstan çempionatının 2-ci turunda “Marussi” evdə “Kolossos” üzərində qələbə qazanıb (70:67).
İsveç çempionatının 3-cü turunda isə "Nörçöppinq” səfərdə "Kepin Starz”ı məğlub edib (94:85).
Hazırda “Marussi” 3 xalla turnir cədvəlinin 4-cü, “Nörçöppiqn” isə 2 xalla 6-cı pillədə qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta