"Oğlumun gözləri görmür, dünya işığına həsrət qalıb".
News365.az xəbər verir ki, bunu qiraətçi Pünhan İsmayıl oğlunun səhhətindən danışarkən deyib.
O bildirib ki, bununla bağlı dünyanın bir çox ölkələrinə üz tutub:
"Amma oğlumun gözlərinə çarə tapmadılar.
Tibb elmi çarəsizdir, hələ ki, gözləyirik. Cüzi də olsa, görə bilmir".
Pünhan İsmayıl oğlunun ailəsi, gözəl uşaqları olduğunu vurğulayıb:
"Allah Kərimdir, onan inanıram, ona sığınıram. Bir gün oğlum görəcək".