AZ

Rusiyada avtomobil ehtiyat hissələrinin qiymətləri son iki ildə necə dəyişib?

2022-ci ildən etibarən, Rusiyada ABŞ istehsalı avtomobillərin ehtiyat hissələrinin pərakəndə qiymətləri 122% artıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti "Renessans Sığorta"nın məlumatlarına istinad edərək yazıb.

Eyni zamanda, Koreya avtomobilləri üçün hissələrin qiyməti 55%, Çin istehsalı avtomobillərin hissələri isə 60% bahalaşıb. Avropa istehsalı avtomobillərin ehtiyat hissələrinin qiymətləri isə iki il yarım ərzində demək olar ki, iki dəfə artıb.

Avtomobil markası “Skoda” üçün ehtiyat hissələrinin qiyməti ən çox yüksəlib. Bu markanın hissələri 264% bahalaşıb.

"Ümumilikdə, VAG konserninin (Volkswagen, Audi, SEAT, Skoda, Bentley, Bugatti, Lamborghini, Porsche markaları) ehtiyat hissələrinin qiymətləri 2022-dən 2024-ə qədər 260% artıb", —"Renessans Sığorta"nın avtomobil sığortası üzrə vitse-prezidenti Sergey Demidov bildirib.

Kia avtomobilləri üçün hissələrin qiymətləri daha az, 37% artıb. İlk beşliyə, eyni zamanda, Lada (+38,5%), Hyundai (+42%), Haval (+45%) və Renault (+46%) də daxil olub.

Nicat

Seçilən
52
2
valyuta.az

3Mənbələr