AZ

Fransa Ukraynaya yeni silahlarla təchiz edilmiş qırıcılar verəcək: Tarix açıqlandı

Fransa 2025-ci ilin yanvar-mart aylarında Ukraynaya yeni "yer-hava" tipli silahları ilə təchiz edilmiş "Mirage 2000" qırıcılarını tədarük edəcək.

7News.Az-ın Izvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün "X" hesabında məlumat verib.

Onun sözlərinə görə, qırıcıların Kiyevə çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır. "Hava-yer" tipli silahlardan əlavə, qırıcılar elektron müharibədən mühafizə sistemi ilə də təchiz olunacaqlar.

"Ukraynalı pilotların və mexaniklərin hazırlığı davam edir", - deyə Fransanın müdafiə naziri əlavə edib.
 
 

Seçilən
11
4
7news.az

5Mənbələr