AZ

Milli komanda Estoniyaya dəyişikliklərlə gedir

Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində qarşıdan gələn vacib oyunlar ərəfəsində ciddi dəyişiklik edib.

Fins.az xəbər verir ki, AFFA-nın mətbuat xidməti, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin zədəsi səbəbindən heyətdən çıxarıldığını açıqlayıb. Bu, komanda üçün önəmli bir boşluq yaradıb, çünki Mustafazadə son zamanlarda yığmanın əsas futbolçularından biri olub.

Millimiz, oktyabrın 11-də Tallində Estoniya, oktyabrın 14-də isə Bakıda Slovakiya ilə qarşılaşacaq.

Azərbaycan yığması Estoniya ilə oyuna yeni ot örtüyündə çıxacaq.

Matçın keçiriləcəyi Tallindəki “Le Koq Arena”nın qazonu qismən yenilənib.
 

Zemfira Ms
Fins.az

Seçilən
8
11
fins.az

10Mənbələr