AZ

“Neftçi”nin məğlub olması bizi maraqlandırmır” – “Səbail”in yarımmüdafiəçisi

Misli premyer-liqasında geridə qoyduğumuz 9-cu tur gözlənilməz nəticələrlə yadda qaldı.

Turu qələbə ilə başa vuran “Səbail” vacib 3 xalını “Şamaxı” üzərində qələbədə qazandı. Matçdan sonra “Səbail”in yarımmüdafiəçisi Süleyman Əhmədov fikirlərini “Football-plus.az” ilə bölüşdü:

“Bu dəfə hər şey istədiyimiz kimi alındı. Birinci hissədə daha çox müdafiə olunmağa çalışdıq. İkinci hissədə də rəqib azlıqda qalandan sonra daha çox topa sahib olub istədiyimizə nail olduq. Bu qələbə vacib idi. İndi bunu unudub növbəti oyunlara hazırlaşmalıyıq. Milli fasilə olacağı üçün hələ vaxtımız çoxdu. 2-3 gün istirahət edib növbəti matça hazırlaşacağıq. Düzdü, “Neftçi” məğlub oldu. Amma biz heç bir komanda haqda düşünmürük. Növbəti oyunlara daha yaxşı çıxış etmək üçün hazırlaşırıq. “Neftçi”nin məğlub olması bizi maraqlandırmır. Biz öz oyunumuza köklənmişik”.

RÖYANƏ OĞUZ
Seçilən
20
football-plus.az

1Mənbələr