AZ

Qaxda ağır qəza: Motosikletin sürücüsü xəsarət aldı

Ötən gün Yevlax-Zaqatala-Gürcüstan magistralının Qaxın Qorağan kəndi ərazisindən keçən hissəsində qəza baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə ki, 1995-ci il təvəllüdlü Bilal Məmmədov idarə etdiyi “Moped” markalı yüngültutumlu motosikletlə qarşıdan gələn “QAZEL”in yoluna çıxıb.

Nəticədə motosikletin sürücüsü ağır bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Bu gün səhər saatlarından həkimlərin məsləhəti ilə onun müalicəsinin Şəki Rayon Mərkəzi Xəstəxanasında davam etdirməsi məsləhət bilinib. 

Artıq yaralı şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib və əməliyyata götürülüb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
6
1
bizim.media

10Mənbələr