AZ

Azərbaycan millisinin heyətində dəyişiklik baş verdi

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan Axar.az-a verilən məlumata görə, "Sabah"ın futbolçusu Elvin Camalov zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.

Seçilən
13
28
axar.az

10Mənbələr