AZ

Ali Baş Komandanın hər bir çağırışı Ermənistana və onun yeni havadarlarına ciddi mesajdır

Qalib, bütövləşən və yeni dövrə qədəm qoyan Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar əsasında sözünün imzası qədər əhəmiyyətli olduğunu atdığı addımları, səsləndirdiyi çağırışları ilə təsdiqləyir. Son dörd ilin qürurverici hadisələrindən biri də odur ki, bu çağırışların səsləndiyi məkanlar sırasında işğaldan azad edilmiş ərazilərimiz də var. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  azad Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri bu torpaqlara Böyük Qayıdışın daha da sürətləndirilməsi  məqsədilə atılan addımların ardıcıllığı ilə yanaşı, buradan verdiyi mesajlarla da zəngin olur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 4 oktyabr Cəbrayıl Şəhəri Günündə bu  şəhərdə inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək  yeni evlərə köçən cəbrayıllılara mənzillərin açarlarını təqdim etdilər. Dövlətimizin başçısı bu münasibətlə keçirilən mərasimdəki çıxışında 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun qəhrəmanlığından, şücaətindən geniş bəhs etdi, 44 günün hər gününün tariximizin Zəfər səhifəsi kimi yaddaşlarda qalacağını bildirdi. 

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. vakansiya

Millət vəkili qeyd edib ki, istər 30 il davam edən işğal, istərsə də postmünaqişə dövrü dünyanın bəzi aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların məsələyə ikili standartlar mövqeyindən yanaşmalarının yaratdığı problemlərlə diqqətdədir. Prezident İlham Əliyev hər bir çıxışında bu məqamlara xüsusi diqqət yönəldir. Ermənistanın işğalının davam etdiyi 30 ilə yaxın dövrdə Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün ciddi səylər göstərdi. Ermənistan isə əksinə, havadarlarının dəstəyinə arxalanaraq, sülh danışıqlarına imitasiya naminə qatılaraq vaxt qazanmağa, Azərbaycanın yeni ərazilərini zəbt etmək üçün planlar çızmağa başladı. Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına məhəl qoymamasına göz yuman bəzi dünya güclərinin davamlı şəkildə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etmələri çoxsaylı sualların yaranmasına səbəb oldu. Azərbaycanın tarixi Zəfərindən, Ermənistanın biabırçı məğlubiyyətindən sonra bu yanaşmalara son qoyulacağını düşünsək də, əksinə, Qələbəmizi həzm edə bilməyən  qüvvələr təcavüzkar dövlətə dəstəklərini daha da artırır, onu sürətlə silahlandırmaqla ərazi iddialarına son qoymamasına yardımçı olduqlarını açıq-aşkar nümayiş etdirirlər.

Vüqar Rəhimzadə bildirib ki, bu gün də ölkəmizə qarşı olan düşmənçilik siyasəti səngimək bilmir. Azərbaycana qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı absurd bəyanatlar səsləndirilir. Bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur. Biz tarixi Zəfərimizə, suverenliyimizin bərpasına beynəlxalq hüququn norma və prinsipləri əsasında nail olmuşuq. 

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı ABŞ Konqresinin Azərbaycana qarşı növbəti sanksiyanı tətbiq etmək çəhdinə də münasibət bildirdi. Vurğuladı ki, 60 ermənipərəst konqresmen Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Qeyd etdiyimiz kimi, Azərbaycan daim belə cəhdlərlə qarşılaşır. Bunun üçün 1992-ci ildə ABŞ Konqresinin ermənipərəst konqresmenlərin təkidi ilə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsini yada salmaq kifayətdir. Bu  kimi qərarların hansı ölkələrə tətbiq edildiyinə nəzər yetirəndə onun ədalətsizliyini görməmək mümkün deyil. 

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan güclü, müstəqil dövlətdir. Hər bir addımını öz gücünə, imkanlarına arxalanaraq atır. Heç bir dövlətin diktəsi ilə oturub-durmur. Ölkəmizin ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində  əməkdaşlığı  qarşılıqlı hörmətə və maraqlara əsaslanır. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri ölkəmizin imkanlarının təqdimatıdır. Ermənistanın  təhlükəli oyunlara qoşulduğunu əsaslı şəkildə diqqətə çatdıran Prezident İlham Əliyev rəsmi İrəvana bu mesajı ünvanladı ki,  İkinci Qarabağ müharibəsinin tarixçəsi,  necə diz üstə bizdən imdad dilədikləri,  necə Rusiyaya gündə bəlkə 10 dəfə   müharibənin  dayandırılması ilə bağlı müraciət etdikləri yaddan çıxmasın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Heç kimə, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişiksə bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın: “Mən bu sözləri istənilən yerdə deyə bilərdim… Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın.”


Telegram kanalımız
Seçilən
23
7
yenisabah.az

8Mənbələr