Rusiya Prezidenti Vladimir Putin ad günü planlarından danışıb.
Publika.az xəbər verir ki, bu haqda rusiyalı jurnalist Pavel Zarubin "Telegram" kanalında video paylaşıb.
Rusiya lideri bildirib ki, oktyabrın 7-si onun üçün iş günü olacaq. O, günün birinci yarısında jurnalistlər üçün qapalı olan görüşlər keçiriləcək. Axşam isə MDB ölkələrinin liderləri Birlik sammitini keçirmək üçün Moskvaya gələcəklər.