AZ

MOSSAD-ın peycer əməliyyatı: 2 ilə hazırlanan ölüm maşını

Livanda peycerlərin partladılması əməliyyatı 2022-ci ildən İsrail kəşfiyyatı tərəfindən hazırlanıb və partlayıcı qurğular 2015-ci ildə tədarük edilib.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Washington Post” mənbələrə istinadən yazır.

“İsrail kəşfiyyat xidməti MOSSAD hələ 2015-ci ildə Livanda partlayıcı qurğular yerləşdirməyə başlayıb. Əvvəlcə onlar telefon dinləmək üçün istifadə olunurdu”, -deyə “Washington Post” qeyd edir.

Aparatların istehsalçısı Tayvanın “Apollo” şirkəti İsrail kəşfiyyatının əməliyyatında iştirak etməyib. Peycerlərin istehsalı faktiki olaraq, İsraildə yığılıb.

Batareyaların partlayıcı ilə doldurulduğu deyilir. Partlayıcı çox az miqdarda olduğuna görə hətta rentgen şüaları ilə aşkarlanması demək olar ki, mümkün deyildi.

Nəşrin qeyd etdiyi kimi, ABŞ-yə əməliyyatın hazırlanması barədə əvvəlcədən məlumat verilməyib. İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 12-də Hizbullaha qarşı mübarizə ilə bağlı iclas keçirənədək İsrail rəhbərliyinin əksəriyyəti bundan xəbəri olmayıb.

“The New York Times” qeyd edib ki, İsrail Livana göndərilən partlayıcı peycerlər istehsal etmək üçün ön şirkət yaradıb. Şirkət adi müştərilər üçün cihazlar yaratdı, lakin əsasən “Hizbullah” üşün işləyib.

Seçilən
37
cebheinfo.az

1Mənbələr