AZ

Mənim vəzifəli şəxsdən bir xahişim var

«Araz Naxçıvan»ın dörd turluq qələbə seriyası Masazırda bitdi.

Bu dəfə 1 xalla kifayətləndilər.

Qonaqlar döyüşdü. Qalibiyyət üçün vuruşdular, nəsə çatmadı.

Elmar Baxşıyevin işinə söz yox, komanda qurmağı bacarıb. O, futbolçulardan nə istədiyini bilir.

Futbolçular da baş məşqçinin onlardan nə istədiyini bilir. Arada bir vəhdət, bağ yaranıb.

Bu, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyən «Araz» üçün mühüm faktordur.

Açıq deyirəm, bu komanda çox şey edə bilər. Amma mənim Zaur Axundovdan bir xahişim var, yəqin ki, ona çatdırarlar.

Naxçıvan Futbol Federasiyasının prezidentindən təvəqqem budur ki, «Araz»da praflaktik söhbətləri tez-tez etsin.

Heç olmasa, iki aydan bir. Axundov yenə «məşqçilərə və futbolçulara iki ay vaxt verirəm, nəticələr yaxşı olmasa, dəyişiklər edəcəm, islahatlar aparacam» açıqlaması verməlidir.

O barmağı silkələməlidir.

Bunu etsə, şübhə bəsləmirəm ki, «Araz»da hər kəs mövcud tonusu saxlayacaq, müsbət nəticədən ötrü əlindən gələni beş qaba çəkəcək.

Əks halda, arxayınlaşacaq, yastı-yastı oynayacaqlar. Göz gördüyündən qorxar,

Keçən il belə olmuşdu: sezona yaxşı başlayıb, pis qurtarmışdılar.

Tarixin təkrarlanmaması üçün nə qədər ki gec deyil, qabaqlayıcı tədbir görülməlidir. O güc də yalnız Zaur Axundovdadır.

ELNUR

Seçilən
32
sportinfo.az

1Mənbələr