AZ

Bakıda ata və oğul qohumlarını bıçaqladı: Ölən və yaralananlar var - YENİLƏNİB

Oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə İqtisadiyyat.az-a Xəzər rayon prokurorluğundan bildirilib.

Araşdırma zamanı yetkinkinlik yaşına çatmayan Ə.N-nin (şərti) rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu Qurban Məlikova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinkinlik yaşına çatmayan Ə.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Xatırladaq ki, daha əvvəl Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olmuşdu.

***09:39

Bakıda üç nəfər bıçaqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 6-da gecə saat 01 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıblar.

Hadisə nəticəsində Q.Məlikov ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədənlər və zərərçəkənlər həm qohum, həm də qonşu olublar.

 

Seçilən
21
40
iqtisadiyyat.az

10Mənbələr