AZ

"Rusiya təhlükəsi" NATO-nu buna da VADAR ETDİ

NATO əlavə 49 döyüşə hazır briqada yaratmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Welt" telekanalı alyansın hələ dərc olunmamış sənədlərinə istinadla məlumat yayıb.

Bildirilib ki, hər bir briqada təxminən beş min hərbçidən ibarət olacaq. Bu qoşunlara nəzarət və dəstək üçün döyüş korpuslarının sayı 6-dan 15-ə, diviziya qərargahlarının sayı isə 24-dən 38-ə çatdırılmalıdır.

Həmçinin qeyd edilib ki, alyans “Rusiya təhlükəsi” ilə əlaqədar hava hücumundan müdafiə bölmələrinin sayını 5 dəfə - 293-dən 1467-yə çatdırmağı planlaşdırır.

Seçilən
10
5
publika.az

6Mənbələr