AZ

Ayandan Elza Seyidcahana bənzədilməsinə reaksiya

Müğənni Ayan Babakişiyeva son günlər tərzi ilə Əməkdar artist Elza Seyidcahanı xatırlatmasına reaksiya verib.

Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində ona ünvanlanan "Son vaxtlar qeyri-adi saç düzümü edirsən. Elza Seyidcahanı keçdiyini deyirlər" sözlərinə belə reaksiya verib:

"Bunu başqa verilişdə də dedilər ki, Elza Seyidcahana bənzəyirəm. Elza xanımı çox sevirəm. Xasiyyəti o qədər gözəldir ki... Səhnə adamı yaradıcı olmalıdır. Xanımı heç xanım başa düşmür, o ki qala kişilər. Elza xanım gözəl bəstəkar, sənətçidir. Nə xoş ki, məni Elza xanıma bənzədirlər. Bizdən danışmırlarsa, bilin ki, yoxuq".

Seçilən
10
3
turanpress.com

4Mənbələr