AZ

NATO-nun qərargah rəisi qondarma soyqırımı memorialını ziyarət etdi

Oktyabrın 3-də Ermənistana işgüzar səfərə gələn NATO-nun Beynəlxalq Hərbi Qərargah rəisi general-leytenant Canuş Adamçakın başçılıq etdiyi nümayəndə heyəti Erməni Soyqırımı Memorialını ziyarət edib.

Teleqraf.com xəbər verir ki,"muzey"in direktor müavini Lusine Abramyan qonaqlara abidənin yaranma tarixindən danışıb. O, Sumqayıt, Gəncə və Bakı şəhərlərində guya öldürülmüş ermənilərin xatirəsinə qoyulmuş "üç xaçkar" barədə də danışıb.

NATO rəsmiləri"əbədi məşəl"in önünə gül dəstələri düzüb, ölmüş erməniləri bir dəqiqəlik sükutla yad ediblər.


Müəllif: Teleqraf.com
Seçilən
24
teleqraf.com

1Mənbələr