AZ

Ukrayna ordusunda nə baş verir? - Daha bir ərazi itirildi

Rusiya Silahlı Qüvvələrinin “Cənub” qoşun qrupunun bölmələri "Donetsk Xalq Respublikası"nın Jelannoye Vtoroye kəndini nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram-da məlumat yayıb.

Qeyd edilib ki, Rusiya hərbçiləri həmçinin Ukrayna Silahlı Qüvvələrinin hücum qrupları və hərbi müdafiə briqadasının üç əks-hücumunu dəf edə bilib.

"Ümumilikdə düşmən 755 nəfərə qədər insanı, doqquz texnikasını, bir İngilis FH70 haubitsasını, iki D-30 haubitsasını, həmçinin Amerikanın M198 və M777 haubitsalarını və iki M119 silahını itirib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, iki gün öncə Ukrayna qoşunları gözlənilmədən Uqledar şəhərindən geri çəkilmişdi. Şəhər müharibənin ilk günlərindən ukraynalı döyüşçülərin nəzarətində idi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
19
news365.az

1Mənbələr