AZ

İngiltərə çempionatında rəqibini dişləyən futbolçu səkkiz oyun cəzalandırılıb

İngiltərə

Bakı, 5 oktyabr, AZƏRTAC

İngiltərənin "Preston" klubunun hücumçusu Milutin Osmaiç rəqib komandanın futbolçusunu dişlədiyi üçün 8 oyun cəzalandırılıb.

AZƏRTAC xəbər verir ki, insident Çempionşipin VI turunda "Blekbörn"lə qolsuz heç-heçə ilə yekunlaşan matç zamanı baş verib.

Komandalar arasında yaranan qalmaqalda 25 yaşlı forvard rəqibin müdafiəçisi Ouen Beki boynundan dişləyib.

İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırıb və M.Osmaiçi təqsirli bilib. Beləliklə monteneqrolu oyunçu 8 matç cəzalandırılıb, 15 min funt sterlinq cərimə alıb.

 

 

Seçilən
15
4
azertag.az

7Mənbələr