AZ

Bayden İranın neft yataqlarının vurulmasına qarşıdır – Vaşinqton İsrailin işğalı dayandırmasına çalışır

ABŞ Prezidenti Co Bayden cümə günü Ağ Evdə keçirilən brifinqdə deyib ki, əgər o, İsrailin yerinə olsaydı, İranın neft yataqlarına zərbə endirməyi deyil, alternativ variantları nəzərdən keçirərdi.

“İsraillilər zərbə ilə bağlı nə edəcəklərinə hələ qərar verməyiblər. Bu müzakirə olunur", - o, əlavə edib.

ABŞ və İsrail rəsmiləri son günlər bir sıra danışıqlar aparıblar. Onlar oktyabrın 1-də İranın İsrail ərazisini atəşə tutmasına cavab olaraq tədbirlərini müzakirə ediblər. İsrailin İranın hərbi və enerji infrastrukturuna hücumu müzakirə olunub. Bu barədə “Financial Times” məlumat verib.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Vaşinqton Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün İsrailin mümkün cavab tədbirlərini məhdudlaşdırmağa çalışır.

İşğalçı İsrail ordusunun Qəzza zolağına hücumu 41.000-dən çox fələstinlinin ölümünə, demək olar ki, bütün Qəzza əhalisinin didərgin düşməsinə səbəb olub, qida böhranı yaradıb. Beynəlxalq Ədalət Məhkəməsində İsrail Fələstində soyqırım cinayəti törətməkdə ittiham olunur.

İsrailin Livandakı son əməliyyatları da minlərlə insanın ölümü, yaralanması, bir milyondan çoxunun məcburi köçkün düşməsi ilə nəticələnib.

“AzPolitika.info”

Seçilən
42
50
azpolitika.info

10Mənbələr