AZ

Azərbaycan və Tacikistan arasında elmi və tədqiqat əlaqələri yaradılacaq

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu (ERSİ) ilə Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"Far.Az" xəbər verir ki, sənədi Azərbaycan tərəfdən ESRİ-nin İdarə Heyətinin sədri Şahin Sadıqov, Tacikistan tərəfdən isə Mərkəzin Direktorunun I müavini Oraz Murtazozoda imzalayıb.

Anlaşma Memorandumunun məqsədi qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyəti təşviq etmək üçün tərəflər arasında birbaşa elmi və tədqiqat əlaqələri yaratmaqdır. Bu sənədlə qarşılıqlı tədqiqat fəaliyyəti üçün zəmin yaradılacaq, azərbaycanlı və tacikistanlı ekspertlər arasında fikir və məlumat mübadiləsi inkişaf etdiriləcək.

Seçilən
16
3
far.az

4Mənbələr