AZ

Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə İqtisadi Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq edəcək

Tacikistan

Bakı, 4 oktyabr, AZƏRTAC

Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi İqtisadi Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov və Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Oraz Murtazozoda imzalayıblar.

Anlaşma Memorandumunun məqsədi qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyəti təşviq etmək üçün tərəflər arasında birbaşa elmi və tədqiqat əlaqələri yaratmaqdır. Bu sənədlə qarşılıqlı tədqiqat fəaliyyəti üçün zəmin yaradılacaq, azərbaycanlı və tacikistanlı ekspertlər arasında fikir, məlumat mübadiləsi inkişaf etdiriləcək.

Qeyd edək ki, memorandum “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu çərçivəsində imzalanıb.

 

Seçilən
3
3
azertag.az

4Mənbələr